"Məni ən çox güldürən adam sevgilimdir" - fotolar

"Məni ən çox güldürən adam sevgilimdir" - fotolar
11:21 14 Yanvar 2015
206 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış aktrisa Skarlett Yohanson “Marie Claire” jurnalına özü ilə bağlı bilinməyənlərdən danışıb.

Axşam.az-ın məlumatına görə, ötən ilin oktyabrında ana olan aktrisa yatağının baş ucunda körpəsini əmizdirən analar üçün yazılmış kitabı gəzdirdiyini deyib. A

ktrisa haqda digər maraqlı faktlar:

Ən böyük xoşbəxtliyim – Ailəmlə vaxt keçirmək

Qarderobumda ən çox istifadə etdiyim geyim – Qara və yüksək belli cins şalvar

Məni dincəldən mahnı – “House of Pain”in “Jump Around” mahnısı

Xəyalımdakı tətil – 3 aylıq Hindistan səyahəti

Bu günədək eşitdiyim ən yaxşı məsləhət – “Yaşa! Həyat macəradır və bir çox adam duyğusal aclıqdan ölür”.

Bu günədək aldığım ən gözəl hədiyyə - Vudi Allenə aid eynək

Ən böyük şüarım – “Hərəkətə keç!”

Ən böyük həzz – Duş qəbul etdikdən sonra yatmaq

Sevdiyim ətir – “Dolce&Gabbana”dan “The One”

Məni ağladan səbəb – Huşsuz olmağım və bacımın kövrəkliyi

Məni ən çox güldürən adam – Sevgilim Roman Daurik

Qazandığım ilk pul – Balaca vaxtı evdə ailəmə şou göstərmişdim və onlara pulla bilet satmışdım

“Kaş gənc olarkən etsəydim” dediyim şey – “Apple” şirkətinə sərmayə qoymaq




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR