"Neftçi" ərəblərə qarşı - YENİLƏNİR

"Neftçi" ərəblərə qarşı -   YENİLƏNİR
11:22 14 Yanvar 2015
136 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışına olan "Neftçi" bu gün ilk yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov yetirmələrini ərəblərlə oyunda sınayacaq.

Belə ki, "Neftçi" Səudiyyə Ərəbistanının "Hajer" klubu ilə qarşılaşacaq. Oyun Bakı vafxtı ilə saat 17.00-da başlayacaq.

Qeyd edək ki, "Hajer" klubu 1950-ci ildə yaradılıb. Serb mütəхəssis Neboyşa Yovoviçin başçılıq etdiyi komanda qış fasiləsinə 7-ci pillədə yollanıb. 

"Neftçi" Antalyada daha 5 oyun keçirəcək. "Ağ-qaralar" yanvarın 17-də "Fulad" (İran), 20-də "Quyzhou Rehne" (Çin), 21-də "Volın" (Ukrayna), 23-də isə "Dinamo" (Moskva, Rusiya, U-23) və "Petrolul"la qarşılaşacaq.

Antalya
Yoxlama oyunu
14 yanvar

17.00 Neftçi (Azərbaycan) - Hajer (Səudiyyə Ərəbistanı)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-rblr-qar-t18790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR