"Aeroflot" aviaşirkəti əlverişsiz hava şəraitinə görə yanvarın 26 və 27-də 130-dan çox reysi ləğv edib.Milli.Az Trend-ə istinadən bildirir ki, aviaşirkətin məlumatında yanvarın 26-da 68 reysin, 27-də isə daha 63 reysin ləğv ediləcəyi bildirilir.Moskvadan London, İstanbul, Buxarest, Roma, Milan, Helsinki, Tallinn və geriyə, habelə Avropanın və Rusiyanın digər şəhərlərinə olan reyslər dayandırılıb.Meteoroloqların proqnozuna görə, yanvarın 26-28 yanvar tarixlərində Moskvada davamlı qar yağacaq.Milli.Az