Olimpiya çempionu Bakıda necə aldadılmasından danışdı

Olimpiya çempionu Bakıda necə aldadılmasından danışdı
11:32 14 Yanvar 2015
194 İdman
Ölkə mətbuatı
A- A+

Orta nəslin futbol azarkeşləri Aleksey Prudnikovu tanımamış olmaz. Ötən əsrin 80-ci illərində SSRİ-nin ən güclü qapıçılarından olub, uzun illər, "Spartak" (Moskva) və "Dinamo" (Moskva) kimi klubların şərəfini qoruyub. 1988-ci ildə SSRİ millisi ilə birlikdə Olimpiya çempionu adını qazanıb. Hazırda Qazaxıstanın "Okjetpest" klubunda məşqçi kimi çalışır.

 

Rekord.az-ın əməkdaşı da onunla Antalyadakı "Miracle" otelində görüşərək, Azərbaycan futbolu ilə bağlı təəssüratlarını öyrənib.

 

Veteran qapıçı kifayət qədər maraqlı açıqlamalar ilə yadda qaldı: "Neftçi"də 3 futbolçu hər zaman xoşuma gəlib - Maşalla Əhmədov, İsgəndər Cavadov və İqor Ponomaryov. Mən Moskva "Dinamo"sunda oynayanda bizim "Neftçi" ilə qarşılaşmalarımız çox gərgin və maraqlı keçərdi. Nəticə hər iki komanda üçün hər zaman önəmli olardı. Yadımdadır o vaxt həm "Neftçi" həm də "Dinamo" elitadan düşmək təhlükəsi ilə üz-üzə idi. Yalnız "Kayrat" Odessa "Çernamorest"inə qalib gəlməli idi ki, biz elitada qalaq. Həmin vaxt da "Kayrat" bunu bacardı. Yeganə olu Pehlevanidi vurmuşdu. Qazaxların ukraynalılar üzərində tarixdəki ilk qələbəsi həm bizi, həm də "Neftçi"ni elitada saxladı".

 

Prudnikov daha sonra Bakıda üzləşdiyi maraqlı bir hadisəni də danışdı. Sən demə, bizimkilər onu burda əməlli-başlı aldadıblar: "Karyeram qurtarandan sonra Bakıya tez-tez gəlirdim. Bir dəfə də Ələkbər Məmmədovun 75 illik yubileyi ilə əlaqədar təşkil olunmuş yoldaşlıq matçına gəlmişdim. Həmin vaxt SSRİ millisi ilə "Neftçi" veteranları oynayırdı və mən də SSRİ millisinin qapısında idik. Oyunda üstün oynayıb 3:1 önə keçdik. Daha sonra mənə dedilər ki, yaxş deyil, qol burax. Mən də 2 top buraxdlm və hesab 3:3 oldu. Bundan sonra "Neftçi" dördüncü qolu vurdu. Biz gözləyirdik ki, yoldaşlıq görüşü olduğundan rəqib də bizə şərait yaradacq və qoll vuracağıq. Çünki yoldaşlıq xarakteri daşıyan qarşılaşmalarda adətən bu cür "sövdələşmələr" olur. Lakin "Neftçi" qol vuran kimi, hakim oyunu qurtardı və biz 3:4 uduzduq. Hər halda, oyun Bakıda idi axı (gülür).


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-olimpiya-cempionu-bakda-nec-aldadlmasndan-dand-t18791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR