Əməkdar artist Eldəniz Rəsulov infarkt keçirib

Əməkdar artist Eldəniz Rəsulov infarkt keçirib
11:37 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 11:31 ]


Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın əməkdar artisti Eldəniz Rəsulov infarkt keçirib.

 

Bu barədə APA-ya Eldəniz Rəsulovun özü məlumat verib: “Ürək ağrılarım var idi, həkimə müraciət etdim, məlum oldu ki, ikinci dəfə infarkt keçirmişəm. Mərkəzi Neftçilər Xəstəxanasında müalicə aldım, indi evdə müalicələrim davam edir. Səhhətim hələlik normaldır, dərmanları qəbul edim, görək necə olur”.

 

E.Rəsulov əlavə edib ki, bir müddətdən sonra əməliyyata ehtiyac yarana bilər: “Həkimlər dedilər ki, müalicənin nəticəsindən asılı olaraq, əməliyyata ehtiyac ola bilər”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR