Azərbaycanın ən çirkli şəhəri

Azərbaycanın ən çirkli şəhəri
11:41 14 Yanvar 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılır.

ANS PRESS xəbər verir ki, AzərTAc-ın departamentə istinadən verdiyi məlumata görə, bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə ötən il 93297 nümunə üzərində 18 adda çirkləndirici üzrə 94853 analiz aparılıb.

Bakıda əsas çirkləndiricilərdən toz və formaldehidin orta aylıq qatılığı 2,0 dəfə, azot 4-oksidin 1,5 dəfə, hidrogen flüoridin isə 1,8 dəfə yol verilən qatılıq həddinin keçdiyi qeydə alınıb. Sumqayıtda isə azot 4-oksidin orta aylıq qatılığı 2,25 dəfə, xlorun 2,7 dəfə, hidrogen flüoridin isə 2,2 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib.

Mingəçevirdə atmosfer havasının tərkibindəki tozun orta aylıq qatılığı 1,3 dəfə, fenolun 1,7 dəfə, Gəncədə hidrogen flüoridin orta aylıq qatılığı 1,2 dəfə, Şirvanda azot 4-oksidin orta aylıq qatılığı 1,5 dəfə normanı keçib.

Şəki, Naxçıvan və Lənkəranda atmosfer havasının çirklənməsi norma daxilində olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR