“Qəbəbə” Rusiyanın “Kuban” klubu ilə yoxlama matçı keçirəcək

11:42 14 Yanvar 2015
135 İdman
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 11:37 ]


Bakı – APA. Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qəbələ”nin daha bir sınaqçı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” təlim-məşq toplanışının ikinci mərhələsində ilk yoxlama oyununu Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək.

 

Krasnodar təmsilçisi ilə görüş yanvarın 23-də baş tutacaq. Rusiyalıların məşq keçdiyi “Bellis” idman kompleksinin stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 13:00-da başlayacaq.
 

Rusiya Premyer Liqasında çıxış edən “Kuban” 1928-ci ildə yaradılıb. Ötən mövsüm çempionatı 8-ci yerdə başa vuran Krasnodar təmsilçisi cari çempionatda da qış fasiləsinə 8-ci pillədə yollanıb.
 

Qeyd edək ki, ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə 0:0 hesablı heç-heçə edən “Qəbələ” bu gün Türkiyə “Əskişəhərspor”u ilə üz-üzə gələcək. “Kuban”la matçadək baş tutacaq digər iki oyun isə yanvarın 17-də keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR