Elza Seyidcahan - Əməkdat artist: "Brilliant Dadaşova, Nisə Qasımova, kişilərdən isə Eyyub Yaqubov mənimçün nömrə birdir".
Tünzalə Ağayeva - Əməkdar artist: "Mənimçün nömrə yoxdur. Keyfiyyətli artist, peşəkar var. Hər kəs özünə görə sənətkardır".
Faiq Ağayev - Xalq artisti: "Hal-hazırda tələbatı olan və keyfiyyətli məhsul təqdim edən həmkarlarım var. 5 nəfərdir, məndən başqa 4 nəfər var".
Elariz Məmmədoğlu - Müğənni: "Kişilərin içərisində mənəm, xanımlar arasında Natavan Həbibi və Röya. Əgər özümü nömrə 1 görmürəmsə, o zaman bu işlə niyə məşğulam?"
Ayaz Qasımov - Müğənni: "Bu gün xanımlar arasında nömrə 1 Röyadır. Kişilərdən isə Faiq Ağayev".
Rəna Ağamuradova - Rəqqasə: "Xanımlardan Fatimə Fətəliyeva, kişilərdən Rəhim Rəhimlidir".
Fatimə Fətəliyeva - Rəqqasə: "Mədəniyyətdə, özünü aparmaqda bəylərdən Faiq Ağayev. O, danışanda elə bil kitabdır. Qadınlardan isə Tünzalə Ağayeva".
Nadir Qafarzadə - Müğənni: "Kim yaxşı ifaçıdırsa, yaxşı geyinirsə, örnəkdirsə, o da nömrə birdir".
Daha ətraflı sözügedən süjetdən izləyə bilərsiniz:Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:
