Rusiyada tanınmış iş adamı qətlə yetirildi

Rusiyada tanınmış iş adamı qətlə yetirildi
11:57 14 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kemerovo vilayətində tanınmış biznesmen, “Melkorm” müəssisəsinin sabiq direktoru yaşadığı binanın qarşısında qətlə yetirilib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, 41 yaşlı Dmitri Rıjenkovun üzərində odlu silah yaraları olan meyidi səhər saat 8:35-də aşkarlanıb.

Bildirilir ki, onu gözləyən sürücüsü atəş səsləri eşitdikdən sonra biznesmenin yaralandığını görüb. Dərhal hadisə yerinə təcili tibbi yardım və polis çağırıb. Lakin yaralı təcili tibbi yardım gələnədək dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR