Mingəçevirdə 3 nəfərin 8 kiloqram yağı oğurlaması kameraya düşüb
Mingəçevir şəhərində 1 kişi və 2 qadın əlbir olaraq mağazadan 8 kiloqram yağ oğurlayıblar. Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, oğurluq hadisəsi anbaan müşahidə kamerasına düşüb. İradə Abbas qızı Niftaliyevaya məxsus mağazaya gələn 3 nəfərdən biri, orta yaşlı kişi satıcının diqqətini qadınlardan yayındıraraq ondan malların qiymətini soruşmağa başlayıb. Bu zaman qadınlar özlərini nəsə alırmış kimi göstərərək soyuducunu açıb və yağ qutusunu götürüblər. Qadınlardan biri qutunu geyindiyi paltonun altında gizlədib. Sonra oğrular bir neçə ərzaq da alaraq mağazanı tərk ediblər. Hazırda həmin oğrular axtarılır.
Milli.Az