"Yanvarın 4-dən etibarən Bakıdayam, AZAL-ın təlim-məşq toplanışında iştirak edirəm. AZAL-ın mənimlə müqaviləni ləğv etməsi barədə heç nə bilmirəm". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-ın qapıçısı Stanislav Namaşko deyib.
AZAL-dan ayrılması barədə xəbərləri təkzib edən moldovalı qolkiper Moldovaya qayıtmaq niyyətində olmadığını bildirib: "Azərbaycandakı hava şəraiti toplanışı elə burada həyata keçirməyə imkan verir. Komandamızın hədəfi çempionatda 3-4-cü yeri tutmaqdı. AZAL yaxşı klubdu. Futbolçular, futbol oynamaq üçün hər cür şərait var. Bu komandaya keçdiyim üçün təəssüflənmirəm. Moldovaya qayıtmaq barədə də düşünmürəm. Qayıtsam da, yalnız Tiraspol klublarından birində oynayaram".
Fanat.az