Elman Fəttah: “Qubad İbadoğlu hər gün özünü Müsavat Partiyasından daha da uzaqlaşdırır”

Elman Fəttah: “Qubad İbadoğlu hər gün özünü Müsavat Partiyasından daha da uzaqlaşdırır”
12:12 14 Yanvar 2015
232 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 12:08 ]

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyası növbədənkənar qurultaya hazırlaşmır, gündəlikdə belə məsələ yoxdur”.

Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini Elman Fəttah partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun fikirlərinə münasibət bildirərkən deyib.

 

O, Q.İbadoğlunun fikirlərinin heç bir əsası olmadığını vurğulayıb: “Qubad İbadoğlu öz fəaliyyəti ilə hər gün özünü Müsavat Partiyasından daha da uzaqlaşdırır. Mən hesab etmirəm ki, Müsavat Partiyasında Qubad İbadoğlunun tərəfdarı var və növbədənkənar qurultayı istəyənlərin sayı artır. Bu, tamamilə əsassız iddiadır”.

 

Xatırladaq ki, Q.İbadoğlu APA-ya açıqlamasında deyib ki, Müsavat daxilində növbədənkənar qurultay çağırılması zərurətini dərk edənlərin sayı artır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR