AMEA-nın 70 illik yubileyinin keçiriləcəyi tarix açıqlanıb

12:17 14 Yanvar 2015
130 Digər
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 12:15 ]


Bakı. Könül Kamilqızı - APA. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 70 illiyinə hazırlıq işləri görülür.

 

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə keçirdiyi mətbuat konfransında deyib ki, artıq akademiyanın 70 illik yubileyinin Tədbirlər Planı təsdiq edilib.

 

Onun sözlərinə görə, AMEA-nın yubiley mərasimi noyabr ayında keçiriləcək. Bununla bağlı ölkə rəhbərliyinin razılığı əldə olunub: “2015-ci ilin aprel ayında AMEA-nın ümumi yığıncağı keçiriləcək. Bu yığıncaqda mühüm işlər barədə cəmiyyətə məlumat veriləcək”.

 

Ötən il görülən işlər barədə danışan A.Əlizadə qeyd edib ki, 2014-cü ildə AMEA-nın həyatında bir neçə mühüm tədbirlər olub: “İlk hadisə fevral ayında Gəncə şəhərində akademiyanın yeni bölməsinin açılışı olub. Bakı şəhərində mərkəzləşmiş tədbirlər respublikada geniş yayılması üçün Gəncədə yeni yaranan bölmə akademiya və Azərbaycan elmi üçün vacib məsələdir. Daha sonra elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmağı, gəncləri elmə cəlb etməyi əsas hədəf seçən "Bakı Elm Festivalı - 2014" keçirilib və bu festival da ölkədə mühüm rezonansa səbəb olub. Gələcəkdə Azərbaycan üzrə Elm Festivalının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrinin səlahiyyətli nümayəndələrini bir araya gətirən Azərbaycan alimlərinin I qurultayı AMEA tarixində mühüm əhəmiyyət kəsb edib”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR