Bakıda torpaq sahələri ucuzlaşır - QİYMƏTLƏR

Bakıda torpaq sahələri ucuzlaşır - QİYMƏTLƏR
12:19 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2014-cü ilin son ayında torpaq bazarında təklif portfeli azalaraq 248 ədəd təşkil edib. Buna da səbəb qeyri-mövsümi aylarda torpaq bazarında aktivliyin azalması və qiymətin nisbətən azalmasına gətirib çıxarıb.

Lent.az-ın Fins.az-a istinadən məlumatına görə, "MBA Consulting Group" şirkətinin mütəxəssisləri tərəfindən torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 2,38% artıb. Dekabr ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti -2,77% azalaraq 19.476 dollar/sot səviyyəsindən 18.937 dollar/sot səviyyəsində qərarlaşıb.
Bakı şəhəri rayonları üzrə qiymət azalması ən çox Binəqədi, Sabunçu və Səbail rayonlarında qeydə alınıb,müvafiq olaraq -6,51%, -7,44% və -5,46%.


Qeyd etmək lazımdır ki, ümumilikdə torpaq bazarında qiymət azalması olmasına baxmayaraq, Abşeron rayonunda torpağın qiymətində artım qeydə alınıb. Bunu mərkəzi rayonlarda torpaq qıtlığının yaranması ilə izah etmək olar.
Ümumilikdə nəzərə alsaq ki, əhali arasında fərdi yaşayış evlərinə üstünlük verənlərin sayı artır, o zaman, mərkəzdən kənar rayonlarda torpaq sahələrinin qiymətinin artmasını bazara uyğun hesab etmək olar.
Dekabr ayı üçün torpaq bazarında Abşeron rayonu istina olmaqla, digər rayonlarda passivlik müşahidə edilib. Ən passiv rayonlar şəhərin I və II zonalarında yerləşən rayonlar qeydə alınıb. Qiymətlərin və torpağa olan tələbin azalmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda azalma müşahidə olunub.

Təklifin strukturu aktivliyin həcmindən asılı olaraq zonalar üzrə müxtəlif olub.

Göründüyü kimi təklif portfelində ən çox paya malik IV zonadır, 87%. Ümumilikdə Bakı şəhəri üzrə alqı-satqı əqdlərinin əksəriyyəti III və IV zonalarda baş tutduğundan və hazırda qeyri-mövsümi ayların olması bu zonalarda qiymətlərin və alqı-satqı əqdlərinin sayında azalma tempi daha çox müşahidə edilib. Digər iki zona isə mərkəzdə yerləşdiyindən və burada tələbin az olduğundan torpağın qiymətində azalma müşahidə edilib.

Torpaq bazarında qiymətlər

Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Yasamal rayonunda, ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Priküşkül qəsəbəsində qеydə alınıb, müvafiq olaraq 290 000 $/sot və 510$/sot.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR