"Xəzər Lənkəran"ın ikinci imtahanı - YENİLƏNİR

"Xəzər Lənkəran"ın ikinci imtahanı -   YENİLƏNİR
12:32 14 Yanvar 2015
142 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün ikinci yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Elbrus Məmmədov komandasını almanlarla oyunda sınayacaq.

Belə ki, "Xəzər Lənkəran" Almaniyanın "Çemnitzer" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaхtı ilə saat 16.30-da başlayacaq.
 
Qeyd edək ki, Almaniya III liqasında mübarizə aparan "Çemnitzer" klubu 1966-cı ildə yaradılıb. Karsten Heynenin başçılıq etdiyi komanda qış fasiləsinə 13-cü pillədə yollanıb. 

"Xəzər Lənkəran" Almaniyada ilk yoхlama oyununu "Tekirdağspor"a qarşı keçirib və heç-heçəyə razılaşıb - 2:2. Təmsilçimiz yanvarın 17-də "Erciyəsspor" (Türkiyə), 21-də "Nürnberq"lə qarşılaşacaq. Ayın 25-də baş tutacaq oyundakı rəqib hələ bəlli deyil.

Antalya 
Yoxlama oyunu
14 yanvar

16.30 Xəzər Lənkəran (Azərbaycan) - Çemnitzer (Almaniya)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquotn-ikinci-imtahan-t18793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR