Bakıda maskalı şəxslər qadını soyublar

12:33 14 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Xəzər rayonunda 39 yaşlı Aynurə Rüstəmovanın yaşadığı Qala qəsəbəsindəki evinə aldatma yolu ilə girmiş maskalı şəxslər onu bıçaqla hədələyərək 485 manat pul və mobil telefonunu aparıblar.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törədən paytaxt sakinləri Əsgər Əsgərov və Hatəm Bağırov tutulublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2353055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR