Ad gününə hazırlaşırdılar, yas çadırı qurdular

12:52 14 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda  12 yaşlı  İmaməddin Allahverdiyev dünyaya  gəldiyi  gündə dünyasını dəyişib.

Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, onu maşın vurub. Hadisə  rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb. İmişli  sakini Sabit Quliyev idarə  etdiyi “Mercedes” markalı avtomobillə  hərəkətdə olarkən İmaməddin Allahverdiyevi  vurub. Sürücü  və  uşağın   yaxınları  onu   xəstəxanaya  çatdırsalar da,   İmaməddin Allahverdiyevin həyatını xilas  etmək  mümkün  olmayıb.  Hadisəni   törədən  Sabit Quliyev  polis  tərəfindən   saxlanılıb.    Faktla bağlı   cinayət   işi   açılıb,  araşdırma  davam   etdirilir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR