Orxan Pamuk pəyğəmbərin karikaturasını çəkənlərə haqq qazandırdı

Orxan Pamuk pəyğəmbərin karikaturasını çəkənlərə haqq qazandırdı
13:16 14 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

"Söz azadlığına, yaradıcılığa və insan qüruruna qarşı yönələn bu hücuma qarşı dik durmalıyıq".

ANS PRESS-in məlumatına görə, bu sözləri dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Orxan Pamuk İtaliyanın "La Repubblica" qəzetinə yazdığı məqaləsində deyib.

O, "Şarli Hebdo" satirik jurnalının redaksiyasına hücumun Avropada islamofobiyanın yayıldığı bir vaxta təsadüf etdiyini yazıb. O, "əminəm ki, Avropa qəzəbini bütün müsəlmanlara yönəltmək kimi bir tələyə düşməyəcək. Bu vəhşi hücumların artmamasına ümid edirəm, amma belə hücumların baş verə biləcəyindən də narahatam", - deyib.

Orxan Pamukun sözlərinə görə, bu hücum Avropada müsəlmanlarla xristianların birlikdə yaşaya bilmək inancını öldürmək üçün edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR