Rumıniyanın TAROM aviaşirkəti Buxarest-Bakı reysini ləğv edib.Milli.Az Trend-ə istinadən bildirir ki, reys şirkət üçün yüksək xərclərlə əlaqədar ləğv olunub.TAROM şirkətinin saytından aviareys barədə məlumatlar və bilet sifarişi yığışdırılıb.Həmin reysin aprelin 3-də işə düşəcəyi gözlənilirdi.Qeyd edək ki, ilk dəfə Buxarest-Bakı reysinin işə düşəcəyi barədə məlumatlar ötən ilin oktyabrında yayılmışdı. Hər iki istiqamətdə biletlərin qiymətinin 341 avrodan başlayacağı deyilirdi.Milli.Az