Arda Turanla olan məhkəmə prosesində "Aylıq gəlirim min lirədir" deyərək qalmaqala səbəb olan Berkay ifadəsini dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "O rəqəmi səhvən dedim, aylıq gəlirim 250-350 min lirə arasındadır" deyə, ifadəsində dəyişiklik edib.

Qeyd edək ki, məşhurların arasındakı davaya səbəb iddiaya görə, Arda Turanın Berkayın həyat yoldaşına söz atması olub.

Milli.Az