Bakıda mənzillərin kirayəsi bahalaşdı

Bakıda mənzillərin kirayəsi bahalaşdı
14:52 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ötən ilin dekabrında Bakıda mənzillərin kirayəsinin orta qiyməti 2013-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz bahalaşıb, əvvəlki ayla müqayisədə isə 12,89 faiz bahalaşaraq 845 dollar təşkil edib.

Noyabr ayı ilə müqayisədə bir kvadratmetrə görə kirayə haqqı 1,13 faiz artıb. Belə ki, 1 kvadratmetrə görə kirayə haqqı 11,47 dollardan 11,6 dollara qalxıb.

Trend-in məlumatına görə, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.

Məlumata görə, bu ilin noyabrında mənzillərin kirayəsində qiymət artımı 16,87 faiz təşkil edib, 2013-cü ilin noyabrı ilə müqayisədə isə qiymətlər 23,9 faiz artıb (783 dollardan 970 dollaradək).

Ötən ilin dekabrında tələbat portfelində (ayda icarə qiyməti 1000 dollardan çox) bahalı mənzillərin payı 28,1 faiz təşkil edib, bütün ucuz evlərin (ayda 500 dollardan az) xüsusi çəkisi isə 18,98 faiz olub.

Məlumatda qeyd olunur ki, dekabrda mənzillərin kirayəsi bazarında tələbatın əsas hissəsini, yəni 52,92 faizini 500-1000 dollar qiymətində mənzillər təşkil edib.

Noyabr ayı ilə müqayisədə kirayə bazarında sövdələşmələrin sayı 1,38 faiz azalaraq 145-dən 143-ə düşüb. Dekabrda mənzillərin kirayəsi bazarında tələbatın əsas həcmi bir faiz - 274 mənzilədək artıb.

Məlumatda deyilir: "Son aylarda mənzillərin kirayəsi bazarında tələbatın aktivliyinin zəif olmasının əsas səbəbi qeyri-mövsüm aylarının olması ilə bağlıdır. Bu seqmentin zəifləməsinə qış aylarında inşaat sektorunda durğunluq səbəb olub”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR