Türkiyədə karikatura qalmaqalı (VİDEO, FOTO)

Türkiyədə karikatura qalmaqalı (VİDEO, FOTO)
14:56 14 Yanvar 2015
186 Dünya
Ölkə mətbuatı
A- A+

Polis Türkiyənin "Cümhuriyyət" qəzetinin redaksiyasını mühasirəyə alıb.

ANS PRESS-in məlumatına görə, axtarışın aparılmasına səbəb qəzetin bugünkü sayında "Şarli Hebdo"nun üz qabığındakı karikaturanın yayımlanması haqqında xəbərlər olub.

Polis gecə saatlarından etibarən redaksiyanın yerləşdiyi binaya çıxan bütün yolları da bağlayıb. Binanın önündə zirehli polis maşını olub.

Gecə saat 2 radələrində qəzeti paylamaq üçün mətbəədən çıxan yük maşınları saxlanılaraq yoxlanılıb. Yalnız yoxlama tam bitəndən sonra maşınların çıxışına icazə verilib. Bağlanılan yollar isə ylnız səhər saatlarında açılıb.

Qəzetin baş redaktoru Utku Çakırözer açıqlama verərək bildirib ki, insanların həssaslığını nəzərə alaraq Məhəmməd peyğəmbərin "Şarli Hebdo"dakı karikaturasını qəzetdə yayımlamayacaqlar. O, jurnalistləri terrorun qurbanı olan bir qəzet kimi "Şarli Hebdo" ilə həmrəy olduqlarını bildiririb.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR