“Şou-biznesdəkilərin əksəriyyəti xaraktersizdir” - Elnarə

“Şou-biznesdəkilərin əksəriyyəti xaraktersizdir” - Elnarə
15:06 14 Yanvar 2015
235 Şou
Ölkə mətbuatı
A- A+

ANS-in aparıcısı Elnarə Təhməzova “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı proqramda müzakirə olunan üzr istəməklə bağlı mövzuya münasibət bildirib:

“Üzr istəmək normal bir şeydir, ayıb deyil. Səhvini başa düşən kimi üzr istəməlisən. Belə olanda adamın özü də rahatlanır. Bir insana qarşı səhv etdim, bildim ki, haqsızam. Sakit başla fikirləşirəm, qərar verirəm. Heç düşünmədən üzr istəyirəm. Bunu vicdanım rahat olsun deyə edirəm. Kim fikirləşirsə ki, bu, yaltaqlıqdır, onun problemidir. Şou-biznesdəkilərin əksəriyyəti xaraktersizdir. Dalaşırlar, bir-birlərinə nələr söyləyirlər. Deyirəm, bunlar daha qanlı düşmən oldular. Bir də görürsən ki, sabah məclisdə mehribandırlar, elə bil, illərin dostudurlar. Tərbiyəsizliklə, davayla məşhurlaşmaq olmaz ”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR