2014-cü il ərzində Bakıda yeni tikililər 18 faizdən çox bahalaşıb

2014-cü il ərzində Bakıda yeni tikililər 18 faizdən çox bahalaşıb
15:08 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Maksim Tsurkov/

İl ərzində Bakının ilkin mənzil bazarında qiymətlər 18,5 faiz artıb. Mənzilin bir kvadratmetri orta hesabla 1062 manat (1354 dollar) olub. Müqayisə üçün: 2013-cü ilin dekabrında Bakının ilkin mənzil bazarında qiymətlər 899 manat (1146 dollar) təşkil edib. Trend xəbər verir ki, bu barədə "MBA Group" şirkətinin hesabatında deyilir.

Hesabata görə, 2014-cü ilin əvvəlindən Bakının ilkin mənzil bazarında mənzilin bir kvadratmetrinin dəyəri 14,6 faiz bahalaşıb. Müqayisə üçün, ötən ilin yanvar ayında Bakıda ilkin mənzil bazarında mənzilin bir kvadratmetrinin orta qiyməti 926 manat (1181 dollar) olub.

Bazar portfelində ümumi təkliflərin sayı isə 535 ədəd təşkil edir ki, bu da öz növbəsində ötən ilin müvafiq ayı ilə müqayisədə isə 0,01% çox olub.

Hesabatda deyilir ki, ilkin bazarda təklif edilən mənzillərin 50,9 faizini 800-1250 AZN/kv.m qiymət aralığında olan mənzillər, 25,7 faizini bir kvadratmetrinin orta qiyməti azı 800 manat, 23,4 faizini isə bir kvadratmetrinin orta qiyməti 1250 manatdan yuxarı olan mənzillər təşkil edir.

Hesabata görə, ilkin bazarda satışa çıxarılan mənzillərin 38 faizi Bakının Yasamal rayonunun, 13 faizi Nəsimi, 12 faizi Xətai, 10 faizi Nərimanov, 9 faizi Binəqədi, 8 faizi Abşeron, hər biri 5 faiz olmaqla Sabail və Sabunçu rayonlarının payına düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2353045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR