Şəkidə su qıtlığı

15:22 14 Yanvar 2015
141 Sosial
Ölkə mətbuatı
A- A+

Şəkinin bəzi ərazilərində su qıtlığı yaşanır. Belə ki, bəzi yerdə su zəif gəlir, bəzi yerdə isə ümumiyyətlə, gəlmir. Bu üzdən sakinlər çətinliklə üzləşiblər. Əlaqədar təşkilat müəyyən işlər görəcəyini bildirsələr də, ümid havaların yağıntılı keçməsinə qalır.
 
Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hazırda Şəkidə su qıtlığından bir çox vətəndaş əziyyət çəkir. Daha çox binalarda yaşayan sakinlər bu problemlə üz-üzə qalıblar. Şəkinski küçəsində 20 A nömrəli binanın sakinləri suyun təzyiqinin çox zəif olduğunu, bu səbəbdən yuxarı mərtəbələrə qalxmadığını bildirirlər. Sakinlər problemi çözmək üçün suyu yuxarı mərtəbələrə nasosla vurduqlarını, ancaq bunun çıxış yolu olmadığını deyirlər. Oxşar vəziyyət 158 nömrəli binada da mövcuddur.

Sakinlər binaya suyun verilişinin, ümumiyyətlə, dayandırılıdığından gileylənirlər. Əlaqədar qurumlara edilən müraciətlər isə nəticəsiz qalıb. Qoxmuq kəndinə yaxın ərazidə yerləşən bina sakinləri də son günlər su üzünə həsrətdirlər. Su qıtlığına səbəb isə su mənbələrində su ehtiyatının azalmasıdır. Bu məlumatı isə Şəki Sukanal ATSC-dən almışıq.

Hazırda problemin həlli istiqamətində işlər aparıldığı bildirilib. Şəki şəhərinin su ehtiyatı əsasən dağlara düşən yağıntı hesabına formalaşır. Dedikləri kimi, qar yağsa yaxşı olacaq. Ancaq şəhərə qar az düşsə də, qış başlayandan dağların qarı əksik olmayıb. Elə isə mənbədə su ehtiyatının azalması ilə bağlı deyilənlər düşünməyə vadar edir. Sakinlərə isə səbr etməkdən başqa çarə qalmır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR