İran sərt reaksiya verdi

İran sərt reaksiya verdi
15:26 14 Yanvar 2015
129 Dünya
Ölkə mətbuatı
A- A+

"Charlie Hebdo" satirik həftəlik jurnalında Məhəməd (s) peyğəmbərinin növbəti dəfə karikaturasının dərc olunması İranı daha da qəzəbləndirib.

ANS PRESS-in məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxəm bu addımı növbəti təxribat kimi xarakterizə edib.

O deyib: "Biz Fransanın həftəlik jurnalının fitnəkar addımını ittiham edirik, çünki, bu jurnal müsəlmanların hisləri ilə oynayır. Qərbdə söz azadlığından sui-istifadə edirlər. Bu, yolverilməzdir."

Onun sözlərinə görə, fransız nəşri Məhəmməd (s) peyğəmbərin karikaturalarını dəfələrlə çap etməklə müsəlmanları qəzəbləndirməyə təhrik edir.

Xatırladaq ki, Fransanın "Charlie Hebdo" jurnalı növbəti sayında İslam peyğəmbərini "Je suis Charlie" (Mən Şarliyəm) plakatını əks etdirməklə 4 milyon tirajla 16 dildə buraxıb. Ön səhifədə yaşıl fonda ağ paltar geyinmiş İslam peyğəmbəri üzüntülü şəkildə “Je suis Charlie” plakatını tutub. Bunun üzərində isə qara hərflərlə “Tout est pardonne” (Hər şey bağışlandı) yazılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR