Qəzaya uğrayan pilotların şok səs yazısı

Qəzaya uğrayan pilotların şok səs yazısı
15:36 14 Yanvar 2015
174 Dünya
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə İndoneziyada qəzaya uğrayan "AirAsia" təyyarəsinin qara qutuları araşdırılıb.

ANS PRESS-in məlumatına görə, internetdə təyyarənin pilotlarına aid olduğu iddia edilən səs yazıları yayılıb.

2 dəqiqə 10 saniyəlik səs yazısında ən diqqət çəkən isə təkbir sədaları olub.

Səs yazılarında pilot və köməkçi pilot arasında danışıq əks edilib. Danışıq belə olub:

Pilot: Bunun sürətini çıxaracam inşaallah. Bu rəsmdəkindən fərqlidir.
Köməkçi pilot: Bəli
Pilot: Bu nizamsızdır
Köməkçi pilot: Bəli doğrudur.
Pilot: Bambu gəmisi kimi olduq, bundan istifadə edək.
Köməkçi pilot: (Gülür)
Pilot: Sıfır yeddi. (qüllə ilə danışır)
Alçalaq yoxsa yüksələk?
Köməkçi pilot: Yüksələk
Pilot: Sola dönmə (təşvişlə)
Köməkçi pilot: Kapitan bax, bax (göstəriciləri göstərdiyi təxmin edilir)

Səs yazıları ikipilotun təşvişlə təkbir gətirməsi ilə bitir. Hələlik səs yazıları ilə bağlı heç bir açıqlama verilməyib.

Xatırladaq ki, QZ8501 nömrəli "AirAsia" təyyarəsi dekabrın 28-də qəzaya uğrayıb. Təyyarədə olan 162 nəfərdən xilas olan olmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR