Vahid Əhmədov: "Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi çox müdrik addımdır"

Vahid Əhmədov: "Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi çox müdrik addımdır"
15:52 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əliyevin Tarif Şurasının ölkədə yanacağın qiymətinin artırılması haqqında qərarını ləğv etməsi çox müdrik və vaxtında atılan bir addımdır".

Bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov qeyd edib ki, yanacağın qiymətinin 2 qəpik artması ilə dövlət büdcəsinə təxminən 60-70 milyon manat vəsait daxil ola bilər: “Ancaq bu qiymət artımı ərzaq və digər məhsulların qiymətnin artmasına təsir edir. Biri var subyektiv, biri də var obyektiv. Obyektiv odur ki, qiymət hər bir məhsulun maya dəyərində yanacağın qiymətinə uyğun olaraq artırılır. Ancaq bəzi insanlar bundan subyektiv qiymət üçün istifadə edirlər, istədikləri qiyməti qoyurlar. Ola bilər ki, qiymətlər 50-60 faiz artsın”.

Millət vəkilinin sözlərinə görə, bu ciddi problem idi və əhali arasında geniş müzakirəyə səbəb olmuşdu: “Dövlət başçısı bütün bunları düzgün qiymətləndirdi və bu qərarı ləğv etdi. Bununla, cənab Prezident çox humanist bir addım atdı və bu qərarı ləğv etdi”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR