Satirik jurnala balta hədəsi

Satirik jurnala balta hədəsi
16:01 14 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın həftəlik satirik jurnalı “Canard” da hədə məktubu alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə jurnalın bu gün çapa getmiş sayında bildirilib. Jurnal bu hədə məktubunu yanvarın 7-də baş vermiş və 12 adamın ölümünə səbəb olmuş terror hadisəsinin ertəsi günü alıb.

“İndi sizin növbənizdir”, - deyə "Canard enchaine"nin elektron poçtuna göndərilmiş məktubda bildirilir. Məktubda naməlum adamlar jürnalistləri balta ilə qətlə yetirəcəklərini bildirirlər.

Məsələ ilə bağlı jurnalın redaksiyasının təhlükəsizliyi gücləndirilib. Fransa prokuroru jurnalistlərin ünvanına göndərilmiş hədə məktubu ilə istintaqa başlamaq əmrini verib.

Yanvarın 7-də Fransanın “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumla Parisdə serial terror hadisəsi başlayıb. Üç gün ərzində 17 nəfər ölüb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR