Bu gün Buxarest şəhərində Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov toplantıda iştirak edəcək.

Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq.

Tərəflər arasında birgə bəyannamənin imzalanacağı gözlənilir. Sənəddə bölgədə yeni nəqliyyat dəhlizlərinin inkişafı üçün dörd ölkənin siyasi iradəsi öz əksini tapacaq.

Milli.Az