Polis sürüyən sürücü tutuldu (VİDEO)

Polis sürüyən sürücü tutuldu (VİDEO)
16:16 14 Yanvar 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol polisini maşınla vuran şəxs artıq saxlanılıb. Bu barədə məlumatı ANS PRESS-0ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov verib.

Onun sözlərinə görə, ötən gün baş verən hadisə 90 VT023 dövlət nömrə nişanlı "Lada Priora" markalı maşınla törədilib. "Hadisə zamanı maşında 5 nəfər olub. Onlardan 3-ü qız, ikisi isə oğlan olub. Xəsarət alan polis əməkdaşı hospitala yerləşdirilib".

Artıq hadisə ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma başlanılır.

Xatırladaq ki, Caz mərkəzin qarşısında, Rəşid Behbudov küçəsində sürücü yol polisini vuruv. Polis bir necə metr maşının kapotunda sürüklənib. Sonra isə yerə düşüb.

Sürücü isə ona yardım etmək əvəzinə sürətlə uzaqlaşıb. Bu zaman polis maşını da onu izləməyə başlayıb.

Baş verənlər avtomobildəki videoreqistratorla anbaan lentə alınıb.

ANS PRESS bu görüntüləri təqdim edir: Videonun 45-ci saniyəsindən sonra həmin görüntüləri izləyə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319678

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR