Onun sözlərinə görə, dağıntıların aradan qaldırıması məqsədi ilə xüsusi Bərpa Fondu yaradıb və bura 2 milyard dollar vəsait köçürüb.
"Nepala dəyən ziyanın həcmi milyardlarla dollar civarındadır. Biz anlayırıq ki, bu proseslər uzun davam edə bilər", - deyə R.Ş.Mahat qeyd edib.
Nepallı nazirin bildirib ki, infrastruktur xərclərini qarşılamaq üçün rəsmi Katmandu Çin və Hindistandan yardım istəyəcək: "Bərpa fonduna lazım olan pulun 10 faizini hökumət təmin edəcək. Qalan hissələri isə Dünya Bankı, Çin, Hindistandan almaq istəyirik. Bizim kredit götürmək və qaytarmaqla bağlı yaxşı təcrübəmiz var. Düşünürük ki fəlakətin nəticələrinin aradan qaldırılması üçün kreditlərə də müraciət edəcəyik".

