Yevlaxda qadın yolun ortasında vuruldu

Yevlaxda qadın yolun ortasında vuruldu
16:42 14 Yanvar 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 11 radələrində Yevlax rayonunun Gülövşə kənd sakini, 1962-ci il təvəllüdlü Raya Əli qızı Əsədovanı maşın vurub. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə Raya Əsədova marşrut mikroavtobusundan düşüb yolun əks tərəfinə keçmək istəyərkən baş verib.

Qəza nəticəsində xəsarət alan Raya Əsədova Yevlax Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Burada xəstəyə ilkin yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR