Xalq artisti: "Məni qapılardan qovdular"

Xalq artisti: "Məni qapılardan qovdular"
17:12 14 Yanvar 2015
130 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Könül Xasıyeva keçirdiyi ağır xəstəliyindən və insanların özünə qarşı haqsızlığından söz açıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni “Xəzər” kanalında yayımlanan “Yeri gəlmişkən” verilişinə açıqlamasında bunları deyib:

“2000-ci illərdə ağır stress keçirdim. 46 gün Şəkidə xəstəxanada müalicə olundum. 46 günü 4 dəqiqə kimi yaşadım. Mən o günləri hiss etməmişəm. Xəstəxananın qapısından məni içəri sala bilmirdilər. Yarım saatın içində şişdim, bir o qədər müddətə isə yığıldım. Həkimlər bu günə qədər də bilmirlər ki, nə baş vermişdi. Dayanmadan qışqırırdım. 46 gün sonra mənə iynə vurub yatızdırdılar və məni Bakıya gətirdilər. Dəhnə kəndinə çatanda hiss etdim ki, bağırmaq istəyirəm. Təzyiqim yenidən düşdü və məni geri qaytardılar”.

Xalq artisti ağır günlərində anasının daim onun yanında olduğunu deyib:

“Xəstəxanada gözümü açanda gördüm ki, anam oturub, bir ayağında çəkmə var, birində yoxdur. Yanıma necə gəlmişdisə... Allaha çox inanıram. Elə qüvvələr var ki, insana güc verir. Yaxşı ki, xeyirxah adamlar var. Xəstəliyimlə bağlı əvvəl hara getdimsə, sinəmdən kənara itələdilər. Haqsızlıqla üzləşdim, məni qapılardan qaytardılar, diləalınmaz bir ifadə ilə qovdular. Həyatda öldüm, bir sözlə. Çox şükür, hər şey yaxşı qurtardı”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR