Dünyaca məşhur futbolçulardan hesab edilən, hücumda əzmkar oynu ilə təmsil etdiyi kluba və milli komandasına dəfələrlə qələbələr qazandırmış Koutinyo 75 yaşında dünyasını dəyişib.
Lent.az xəbər verir ki, o, “Santos”un və Braziliya millisində mübarizə aparıb.
“Santos” klubunun açıqladığı məlumata görə, Koutinyo “Santos”un heyətində futbol kralı Pele ilə oynayıb.
Qeyd edək ki, məşhur hücumçu 1962-ci ildə Çilidə keçirilən dünya çempionatının qızıl mükafatçısı olub.