Oğru polisin həyatını xilas etdi, qəhrəman oldu (FOTO)

Oğru polisin həyatını xilas etdi, qəhrəman oldu (FOTO)
17:36 14 Yanvar 2015
197 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Florida ştatında qəribə hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, Camal Rutledg adlı gənc oğurluq etdiyi səbəbiylə polis bölməsinə gətirilib. Əlləri qandallı şəkildə olan oğru sənəd işlərini həll edən bir polislə eyni otaqda qalıb. Bu zaman polis qəflətən özünü pis hiss edib və yerə yıxılıb.

Oğru infarkt keçirən polis məmuruna yardım etməyə çalışıb. Əlləri qandallı olduğu üçün o anda qapını təpikləyərək digər polisləri çağıran Camal səs-küylə polislərin diqqətini çəkib. Anlıq bir müdaxilə ilə polis məmuru Franklin Foulksun həyatı xilas edilib.

Hadisə yerinə gələn həkimlər polis məmurunun həyatını oğruya borclu olduğunu söyləyiblər. Qeyri-adi hadisədən sonra Camal adlı gənc oğru olaraq gəldiyi polis bölməsində bir anda qəhrəman olub. Camalın bu addımından sonra onun azadlığa buraxılacağı ehtimal edilir.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR