Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Türkiyənin "Qaziantep BB" klubunun yanvarın 13-dən başlanan təlim-məşq toplanışına gec qoşulacaq. Fanat.az xəbər verir ki, bu barədə report.az-a 26 yaşlı hücumçunun özü məlumat verib.
Hazırda Bakıda olan Cavadov Antalya bölgəsinə sabah yollanacağını bildirib. Onun sözlərinə görə Bakıda ləngiməsinin səbəbi klub rəhbərliyinin legioner futbolçulara 2 gün əlavə istirahət verməsidi.
Klubdan ayrılacağı ilə bağlı söz-söhbətlərə bir daha münasibət bildirən futbolçu ona rəhbərlik tərəfindən heç nə deyilmədiyini söyləyib.
Qeyd edək ki, Vaqif Cavadov 2014-cü ilin yayında Türkiyə I Liqasında çıxış edən "Qaziantep BB" ilə 1+1 illik müqavilə bağlayıb.
Fanat.az