Yeni cizgi filmlərinin istehsalı planlaşdırılır (FOTO)

Yeni cizgi filmlərinin istehsalı planlaşdırılır (FOTO)
18:58 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Azanfilm" cizgi filmləri studiyası tərəfindən 2014-cü ildə "Ən güclü kimdir" və "Köhnə mismar" adlı 2 yeni cizgi filmi istehsal olunub, "Gəlin birgə öyrənək" adlı animasiya filmləri layihəsinin həyata keçirilməsi qərara alınıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, azyaşlı tamaşaçılar üçün nəzərdə tutulan "Gəlin birgə öyrənək" layihəsinə "Rənglər" və iki seriyadan ibarət "Mən saymağı öyrənirəm" adlı animasiya filmlərinin istehsalı daxildir. Bu filmlərdən "Rənglər" musiqili animasiya filmi artıq istehsal olunaraq kiçikyaşlı tamaşaçıların ixtiyarına verilib.

Layihənin digər filmi olan "Mən saymağı öyrənirəm"in isə çəkilişləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2353332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR