Azərbaycan, Bakı, 14 yanvar /Trend/
İki minə yaxın insan Rusiyanın Gümrüdəki hərbi bazası ətrafında etiraz aksiyası keçirir.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, etirazçılar bir ailənin 6 üzvünü qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakovu təhvil verməyi tələb edirlər.
Məlumata görə, bazanın yaxınlığında gərginlik müşahidə edilir. Etirazçılar və hüquq-mühafizə orqanları arasında ara-sıra toqquşmalar baş verir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az