Siqaret aludəçiliyinin qarşısını alan peyvənd

Siqaret aludəçiliyinin qarşısını alan peyvənd
19:28 14 Yanvar 2015
235 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Məftun Salmanov/

Siqaret çəkmək kimi zərərli aludəçiliyin qarşısını alan peyvənd hazırlanıb.

Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata əsasən, peyvəndi ABŞ-dakı "Scripps" Araşdırma İnstitutunun alimləri hazırlayıblar.

İlkin olaraq siçanlar üzərində sınaqdan keçirilən peyvənd təsirli olub. Belə ki, siçanların immunitet sistemi tütünə qarşı təsirli mübarizəyə başlayıb. İmmunitet sistemi zərərli maddələrə reaksiya verməklə nikotin molekullarının yayılmasının və beyinə çatmasının qarşısını alır.

Peyvəndin insanlar üzərində nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2353315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR