Ağsu, 4 may, AZƏRTAC
Ağsu rayonunun Ülgüc kəndi yaxınlığındakı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin mühafizə zolağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Tut bağları mirasımızdır” şüarı ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Miras” İctimai Birliyinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, Ağsu şəhər bələdiyyəsinin və Ağsu arxeoloji ekspedisiyasının dəstəyi ilə keçirilən aksiyada 200-dən çox tut ağacı tingi əkilib.
Ağacəkmə aksiyasında İctimai Birliyin üzvlərindən və Xəzər Universitetinin tələbələrindən ibarət 60 nəfər könüllü iştirak edib.