Ara həkimlərinin fəaliyyəti qadağan edildi

Ara həkimlərinin fəaliyyəti qadağan edildi
19:53 14 Yanvar 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Məftun Salmanov/

Tanzaniyada ara həkimlərinin fəaliyyəti qadağan edilib.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata əsasən, buna səbəb 4 yaşlı albinos qızın oğurlanması olub. Faktla bağlı 15 nəfər, o cümlədən qızın atası həbs olunub.

Ölkə hakimiyyəti insidentin arxasında cadugərliklə məşğul olan ara həkimlərinin dayandığını ehtimal edir.

Tanzaniyada təqribən 50 milyon insan yaşayır və onların 12 faizi yerli ayinlərə ibadət edir. Son 15 ildə 74 albinos hücuma məruz qalıb. Bir çoxlarının meyitləri tapılarkən bədənlərinin müxtəlif hissələri parçalanmış vəziyyətdə olub.

Yerli inanca görə uğur qazanmaq və varlı olmaq üçün albinosun bədənini xüsusi otlar və dəniz suyu ilə qarışdırmaq lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2353340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR