"Real"ın yayda transfer etmək istədiyi Kilian Mbappenin tələb etdiyi maaş açıqlanıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, PSJ-nin ulduzu Madrid klubundan 15 milyon avro maaş tələb edib. Mbappe bildirib ki, bu tələb yerinə yetirilməyəcəyi halda PSJ-dən ayrılmayacaq.

"France Football" nəşri isə iddia edir ki, "Real" 20 yaşlı futbolçu üçün PSJ-yə 280 milyon avro təklif edəcək. Hazırda madridlilərin əsas hədəfi olan Mbappenin xidmətində klub prezidenti Florentino Peres və Zinəddinin Zidanın maraqlı olduğu bildirilir. Bu keçid baş tutsa, dünya rekordu qırılacaq.

Milli.Az