Müəllimlərin işə qəbulu üzrə yeni qaydalar təsdiqləndi

Müəllimlərin işə qəbulu üzrə yeni qaydalar təsdiqləndi
18:04 4 May 2015
15699 Sosial
Ölkə mətbuatı
A- A+

 

Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb.

 

Lent.az-ın Təhsil Nazirliyinin saytına istinadən xəbərinə görə, əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” təsdiq edilib.

 

Əmrə əsasən, ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerlər təhlil edildikdən sonra işə qəbul üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsi təmin edilməlidir.

 

1-10 iyun tarixlərində iş yerinin bir rayondan (şəhər) digər rayona (şəhər) dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu aparılacaq.

 

Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə elektron və yazılı məlumat təqdim edilməlidir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/201585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR