Təhsil naziri müəllimlərin işə qəbulu barədə əmr imzalayıb

18:27 4 May 2015
14009 Sosial
Ölkə mətbuatı
A- A+

Əmrin imzalanmasında məqsəd ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsini və işə qəbulunu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə təşkil etməkdir.
Əmrə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbat müəyyənləşdirilməli, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydaları təsdiq edilməli, 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilməlidir.
Əmrin icrasına nəzarət nazirliyin Aparat rəhbəri həvalə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/tehsil-naziri-muellimlerin-ise-qebulu-barede-emr-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR