"Qarabağ"ın oyun tarixi açıqlandı

"Qarabağ"ın oyun tarixi açıqlandı
21:06 14 Yanvar 2015
168 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın 6 yoxlama oyununa çıxacağını xəbər vermişdik.

ANS PRESS-in məlumatına görə, Azərbaycan çempionu ilk sınaq matçına yanvarın 17-də çıxacaq və Xorvatiyanın "Split" klubu ilə qarşılaşacaq.

Artıq oyunun keçiriləcəyi məkan və başlama saatı dəqiqləşib. Bakı vaxtı ilə saat 17.00-da start götürəcək qarşılaşma Bələkdəki "Piapilyon" otelinə məxsus futbol meydançasında baş tutacaq.

Yanvarın 21-də baş tutacaq "Sürix"lə qarşılaşmanın da saatı və yeri müəyyənləşib. Bakı vaxtı ilə saat 17.30-da başlayacaq matç "Qarabağ"ın məskunlaşdığı "İC Santai" otelinin futbol meydançasında keçiriləcək

"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədi:

17 yanvar: Qarabağ - Split (Xorvatiya)
21 yanvar: Qarabağ - Sürix (İsveçrə)
24 yanvar: Qarabağ - Levski (Bolqarıstan)
27 yanvar: Qarabağ - Legiya (Polşa)
29 yanvar: Qarabağ - Mordoviya (Rusiya)
31 yanvar: Qarabağ - Tarqu Mureş (Ruminiya)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR