Əliyev görüşlərə başladı

Əliyev görüşlərə başladı
21:31 14 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə baş naziri Əhməd Davudoğlu arasında iki tərəfli görüş keçirilir.

ANS PRESS-in məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələr, regionda baş verən siyasi proseslər müzakirə ediləcək.

Sabah isə İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclasının keçirilməsi nəzərdə tutulur.

ANS TV-nin Ankaraya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, strateji əməkdaşlıq şurasının iclasında xüsusi ilə iki ölkədən birinə edilən hərbi təcavüzə qarşı o biri ölkənin müdaxilə etməsi müzakirə olunacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR