Üç məşhur aktyor yeni filmdə - video

Üç məşhur aktyor yeni filmdə - video
22:16 14 Yanvar 2015
196 Şou
Ölkə mətbuatı
A- A+

Rejissor Martin Skorzenin məşhur aktyorlar Bred Pit, Leonardo di Kaprio və Robert de Nironun iştirak etdiyi qısa film çəkməsi barədə xəbər vermişdik.

Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, artıq filmin ilk treyleri hazırdır. Çinin Makoa anklavında yeni kurort zonası barədə olan qısametrajlı filmin əsas məqamlarından biri Leonardo və de Nironun yenidən bir arada olmasıdır.

Hollivudun ən məşhur aktyorlarının işitirak etdiyi filmdə onlar kazinonu reklam edirlər. Ssenari "Uoll Strit canavarı" filmini də yazan Terens Vinterkə məxsusdur.

2,3 milyard dollar qiyməti olan "Central City"nin bu ilin ortasında olacaq açılışında filmin də premyerası baş tutacaq. Ulduzların iştirak etməsi isə, mərkəzə 39 milyon dollara (hər birinə 13 milyon dollar) başa gəlib.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR