Gümrü şəhərində 6 nəfəri qətlə yetirməkdə şübhəli bilinən rusiyalı hərbiçi Valeri Permyakov Ermənistanda mühakimə olunacaq.
ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistanın baş prokuroru Qevork Kostanyan açıqlama verib.
“Sizi inandırıram ki, cinayətkar Ermənistan ərazisində mühakimə ediləcək və hamının bu prosesi izləmək imkanı olacaq”, - deyə Kostanyan bildirib.
Qeyd edək ki, Ermənistanın İstintaq Komitəsi Rusiyaya məxsus 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovu Gümrüdə baş vermiş hadisə ilə bağlı müttəhim qismində mühakimə edilməsi barədə qərar qəbul edib.