Ərizə qəbulu başlandı

Ərizə qəbulu başlandı
08:26 5 May 2015
282 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edir. ANS PRESS-in məlumatına görə, ərizələrinin qəbulu mayın 5-dən 18-dək aparılır.

Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.

Ərizə qəbulunun tam mətni ilə tanış olmaq üçün http://tqdk.gov.az/news/bachelor/1280/ linkinə daxil olun.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=342370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR